addvoxen xidmətindən istifadə etməklə bu şərtləri qəbul etmiş olursunuz. Xidmət hazır sayt şablonlarının satışı və managed hosting-i əhatə edir.
Xidmətin təsviri
Şablon seçirsiniz, ödəniş edirsiniz, sayt bizim tərəfimizdən aktivləşdirilir (hosted) və ya kod paketi sizə təhvil verilir (export). Hosted halda saytı öz panelinizdən idarə edirsiniz.
Abunə və ödəniş
Hosted model: bir dəfəlik giriş haqqı + aylıq abunə. Abunə dayandırılarsa, sayt qeyri-aktiv edilə bilər. Export model: bir dəfəlik ödəniş, aylıq haqq yoxdur. Cari qiymətlər sifariş zamanı təsdiqlənir.
Məzmun və məsuliyyət
Saytınızda yerləşdirdiyiniz məzmuna görə siz cavabdehsiniz. Qanunsuz, zərərli və ya hüquq pozan məzmun qadağandır. Belə hallarda xidməti dayandırmaq hüququmuz var.
Təhlükəsizlik
Müştəri panelində yalnız strukturlu inteqrasiya sahələri (GA4/GTM/Pixel) mövcuddur — özbaşına skript əlavə etmək mümkün deyil. Bu, bütün saytların təhlükəsizliyini qorumaq üçündür.
Xidmətin dayandırılması
İstənilən tərəf abunəni ləğv edə bilər. Ödənişlərin geri qaytarılması Geri qaytarma siyasətinə uyğun tənzimlənir.
Əlaqə
Suallar üçün: support@addvoxen.com